Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.02.2020 10:41
  • A-
  • A
  • A+

“Əlyazmaların tanınması və toplanması" mövzusunda konfrans keçirilib

“Əlyazmaların tanınması və toplanması" mövzusunda konfrans keçirilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Əlyazmaların tanınması və toplanması" mövzusunda konfrans keçirilib.

Tədbir Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər İli” elan olunması haqqında" 30 dekabr 2019-cu il tarixli Sərəncamı çərçivəsində baş tutub.

Konfransda Əlyazmalar İnstitutunun gənc alimləri, Bakı Dövlət Universitetinin, eləcə də Azərbaycan Dillər Universitetinin Filologiya, Şərqşünaslıq və Tarix fakültələrinin tələbələri iştirak ediblər.

Tədbiri institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov açaraq “Könüllülər İli” çərçivəsində bölgələrdən əldə edilən əlyazmaların müəssisəyə gətirilməsinin nəzərdə tutulduğunu söyləyib. Bildirib ki, konfransın keçirilməsində məqsəd bölgələrdə yaşayan gəncləri, tələbələri bu istiqamətdə maarifləndirmək, onları əlyazmaların xüsusiyyətləri haqqında məlumatlandırmaqdan ibarətdir.

Sonra müəssisənin laboratoriya müdiri Zaur Orucov çıxış edərək iştirakçılara qədim kitab emalı üsulları, əlyazmaların xüsusiyyətləri, məxsus olduqları dövrlərin aşkar edilməsi, onların saxlanması və toplanması yolları barədə məlumat verib.   

Sonda Əlyazmalar İnstitutunun Gənc Alim və Mürəxəssislər Şurasının sədri Aytən Quliyeva təşəbbüsə qoşulmaq istəyən tələbələrə dəstək veriləcəyini vurğulayıb, bu istiqamətdə birgə əməkdaşlığın davam edəcəyini deyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: