Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.02.2020 13:53
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Şəki Regional Elmi Mərkəzində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

AMEA-nın Şəki Regional Elmi Mərkəzində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbir keçirilib.

Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə mərkəzin direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü çıxış edərək erməni hərbiçiləri tərəfindən xüsusi amansızlıqla və ağılasığmaz vəhşiliklə həyata keçirilmiş Xocalı faciəsinin mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətindən danışıb, bu işdə alim və ziyalıların üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edib.

Daha sonra mərkəzin baş elmi işçisi, professor Firədun İbrahimov, Landşaftşünaslıq şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Hüseyn Mustafabəyli, Tut ipəkqurdunun seleksiyası şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Qüdürət Bəkirov, Tarixi irs və etnoqrafiya şöbəsinin müdiri Rahim Həsənov və başqaları çıxış edərək Xocalı soyqırımının Azərbaycan xalqının yaddaşına yazılan ən dəhşətli faciə olduğunu bildirib, faciə günahkarlarının dünyaya tanıdılması istiqamətində səylərin birləşdirilməsinin vacibliyini vurğulayıblar.

Sonda Xocalı faciəsindən bəhs edən videoçarx nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: