Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Elmi İnnovasiyalar Mərkəzinin əməkdaşı “Adam Smit” adına qızıl medala layiq görülüb
09.10.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Elmi İnnovasiyalar Mərkəzinin əməkdaşı “Adam Smit” adına qızıl medala layiq görülüb

AMEA Elmi İnnovasiyalar Mərkəzinin (EİM) Tədris-Təhsil Mərkəzinin direktoru, iqtisad elmləri doktoru, professor Tərbiz Əliyev “Adam Smit” adına qızıl medalla təltif olunub. T.Əliyev bu medala Avropa Elmi-Sənaye Konsorsiumunun mükafatlar üzrə Departamentinin nüfuzlu komissiyasının qərarı ilə layiq görülüb.

Bu münasibətlə Elmi İnnovasiyalar Mərkəzində təşkil olunmuş tədbirdə mərkəzin direktoru, hüquq üzrə fəlsəfə doktoru Azər Namazov alimə medalı təqdim edib, T.Əliyevə elmi fəaliyyətində yaradıcılıq uğurları arzulayıb.

Qeyd edək ki, Avropa Elmi-Sənaye Konsorsiumunun təsis etdiyi bu medalla, dünya maliyə sisteminin təkmilləşdirilməsində, onun müxtəlif institutlarının formalaşması və inkişafında, iqtisadiyyatda yeni elmi istiqamətlərin işlənməsi və aktual sosial-iqtisadi məsələlərin həllində, iqtisadiyyat və maliyə sahəsində ixtisaslı kadrların hazırlanmasında göstərdikləri xidmətlərə görə, iqtisadiyyat və maliyə sahəsində fəaliyyət göstərən yüksək ixtisaslı mütəxəssislər təltif olunurlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: