Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanlı alimlərin məqaləsi yüksək impakt faktorlu jurnalda nəşr olunub
27.02.2020 16:13
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlərin məqaləsi yüksək impakt faktorlu jurnalda nəşr olunub

Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanovun və Optimal idarəetmə şöbəsinin baş elmi işçisi, professor Telman Məlikovun həmmüəllifi olduğu məqalə “Elsevier” nəşriyyatının “Journal of Computational and Applied Mathematics” jurnalında işıq üzü görüb.

Məqalədə diskret optimal idarəetmə məsələlərinə baxılıb və optimallıq üçün daha konstruktiv şərtlər alınıb. Təklif olunan yeni yanaşmaya əsasən, komponentlərə görə optimallıq şərtləri qlobal maksimum prinsipi formasında isbat edilib. Bundan əlavə, komponentlərdən birinə görə optimallıq şərti qlobal maksimum prinsipi formasında, digərinə görə isə xəttiləşmiş maksimum prinsipi formasında alınıb. Eyni zamanda, məqalədə komponentlərə görə məxsusi və kvazi məxsusi idarəedicilərin optimallığı üçün müxtəlif zəruri şərtlər də isbat edilib.

Qeyd edək ki, “Journal of Computational and Applied Mathematics” jurnalı “Web of Science” bazasında indeksləşir və yüksək impakt faktora malikdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: