Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Əli bəy Hüseynzadə haqqında ilk biblioqrafik əsər nəşr olunub
02.03.2020 09:08
  • A-
  • A
  • A+

Əli bəy Hüseynzadə haqqında ilk biblioqrafik əsər nəşr olunub

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və Bakı Dövlət Universitetinin (BDU) Biblioqrafiyaşünaslıq kafedrasının elmi şurasının qərarı ilə “Əli bəy Hüseynzadə - biblioqrafik monoqrafiya” kitabı nəşr olunub.

Monoqrafiyanın tərtibçisi BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının əməkdaşı, Əlyazmalar İnstitutunun dissertantı Vəzufə Xudiyevadır. Nəşrin elmi redaktorları və məsləhətçiləri Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva–Kəngərli və pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nadir İsmayılovdur. 

XX əsr Azərbaycan-Türkiyə ictimai fikir tarixinin ən görkəmli nümayəndələrindən biri, tanınmış maarifçi və yazıçı, publisist Əli bəy Hüseynzadəyə həsr olunan bu əsər alimin həyatını, elmi-pedaqoji, ictimai-siyasi və təşkilati fəaliyyətini əks etdirən ilk biblioqrafik monoqrafiyadır. Kitabda mütəfəkkirin fəaliyyətinə dair 1890-2019-cu illərin faktları əks olunub. Nəşrdə 1396 mənbə, həmçinin Türkiyə arxivlərində saxlanılan qiymətli materiallar - əlyazmalar, məktublar, arxiv sənədləri verilib.

Biblioqrafik monoqrafiya 9 bölmədən ibarətdir. Burada Əli bəy Hüseynzadə haqqında bioqrafik məlumatlar, yazıçının elmi əsərlərinin biblioqrafiyası, tanınmış dövlət, elm və mədəniyyət xadimlərinin onun haqqında söylədiyi fikir və mülahizələr, eləcə də digər sənədlər təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: