Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

02.03.2020 17:32
  • A-
  • A
  • A+

AMEA-nın magistrantları elmi-tədqiqat təcrübəsi keçirlər

AMEA-nın magistrantları elmi-tədqiqat təcrübəsi keçirlər

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin 31 yanvar 2020-ci il tarixli sərəncamına əsasən, akademiyanın II kurs magistrantları təhsil proqramının əsas tərkib hissəsi olan elmi-tədqiqat təcrübəsinə başlayıblar.

Təcrübə müddətində magistrantlar elmi-tədqiqat işlərinin yerinə yetirilməsinin əsas yolları, dissertasiya işi üçün eksperimental xarakterli materialların toplanması, elmi-analitik informasiyalarla işləmək və eksperimental təcrübələrin aparılması istiqamətində praktiki biliklər əldə edirlər.

Elmi-tədqiqat təcrübəsində 19 ixtisas, 48 ixtisaslaşma üzrə 67 magistrant iştirak edir. Daha sonra isə magistrantlar elmi-pedaqoji təcrübə keçəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: