Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Davamlı inkişafın sosial və fəlsəfi problemləri” monoqrafiyası çapdan çıxıb
03.03.2020 09:42
  • A-
  • A
  • A+

“Davamlı inkişafın sosial və fəlsəfi problemləri” monoqrafiyası çapdan çıxıb

AMEA-nın Fəlsəfə İnstitutunun hazırladığı “Davamlı inkişafın sosial və fəlsəfi problemləri” monoqrafiyası “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb.

Beş fəsildən ibarət kollektiv monoqrafiya davamlı inkişafın sosial, fəlsəfi, iqtisadi və ekoloji problemlərinin araşdırılmasına həsr edilib. Kitabda Azərbaycan tədqiqatçıları ilə yanaşı, Rusiya, Özbəkistan və Monqolustan alimlərinin də davamlı inkişafın fəlsəfi problemlərinə dair məqalələri yer alıb. 

Ali məktəb tələbələri, doktorantlar, müxtəlif idarəetmə sistemində çalışanlar üçün nəzərdə tutulan bu kitab davamlı inkişafın fəlsəfəsi ilə maraqlananlar üçün də faydalı olacaq.

Nəşrin elmi redaktoru professor Sakit Hüseynov, rəyçiləri professorlar İzzət Rüstəmov, Əlikram Tağıyev və Azər Mustafayevdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: