Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Səməd Mənsurun əsərləri kitab halında işıq üzü görüb
04.03.2020 14:53
  • A-
  • A
  • A+

Səməd Mənsurun əsərləri kitab halında işıq üzü görüb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən görkəmli Azərbaycan şairi və dramaturqu Səməd Mənsurun (1879-1927) əsərləri kitab halında nəşr edilib.

Kitabı transfoneliterasiya və redaktə edənlər Əlyazmalar İnstitutunun Kitabxana və elmi informasiya şöbəsinin böyük işçisi Sona Xəyal və Seyyid Əsridir. Vəsaitin rəyçiləri isə müəssisənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə, Kitabxana və elmi informasiya şöbəsinin müdiri Qutiyera Cəfərova və Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmidir.

Nəşrə Səməd Mənsurun müxtəlif illərdə qələmə aldığı mətbuat orqanlarında çap olunmuş şeirləri, felyetonları, pyesləri ilə yanaşı, Əlyazmalar İnstitutunda qorunan və şairin çap edilmiş kitablarına düşməyən əsərləri də daxil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: