www.science.az
05.03.2020 10:13

Zoologiya İnstitutunda “Qırmızı kitab”ın III nəşrinin hazırlanması ilə bağlı iclas keçirilib

AMEA-nın Zoologiya İnstitutunda Azərbaycan Respublikasının “Qırmızı kitab”ının III nəşrinin heyvanlar aləmi bölməsi ilə bağlı iclas keçirilib.

İnstitutun Quru onurğalıları laboratoriyasının elmi işçisi Elşad Əsgərov “Qırmızı kitab” növlərinin statusu” mövzusunda çıxış edərək, kitaba salınacaq növlərin hansı kriteriyalar əsasında tərtib olunacağını diqqətə çatdırıb.

İclasda, həmçinin digər elmi-təşkilati istiqamətlər də müzakirə olunub.

Xatırladaq ki, kitabın nəşrinə hazırlıq “Azərbaycan Respublikasının “Qırmızı kitab”nın III nəşri üzrə iş proqramı” haqqında AMEA Rəyasət Heyətinin 2020-ci il 14 fevral tarixli qərarına əsasən yerinə yetirilir və proqram 2020-2023-cü illəri əhatə edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.