www.science.az
06.03.2020 16:29

Məmməd Səid Ordubadinin məqalələri kitab şəklində çap olunub

Görkəmli yazıçı, ədəbiyyatımızda tarixi roman janrının banisi Məmməd Səid Ordubadinin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda ölkəmizin tarixinə dair saxlanılan məqalələri kitab şəklində nəşr olunub.

Məqalələri ərəb əlifbasından transfoneliterasiya edib nəşrə hazırlayan və kitabı tərtib edən müəssisənin Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Nailə Səmədovadır. Nəşrin elmi redaktoru tarix üzrə elmlər doktoru, professor Şahin Fərzəliyev, rəyçiləri Əlyazmalar İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor Kamandar Şərifli və tarix üzrə elmlər doktoru Məryəm Seyidbəylidir. 

Kitabda Məmməd Səid Ordubadinin avtoqraf nüsxələri əsasında Azərbaycan və İran tarixi, tanınmış şəxsiyyətlər və dövlət adamlarına dair yazdığı məqalələr təqdim olunur. Ədibin qədim Midiya dövləti, Təbriz şəhəri, İran inqilabı və Qara Məlik, Qaradağlı Camal, Səttar xan, Molla Pənah Vaqif, Şəmsəddin Təbrizi kimi tarixi şəxsiyyətlər haqqında dəyərli araşdırmaları maraq doğurur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.