Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Çinli mütəxəssislər koronavirusun olub-olmadığını 29 dəqiqəyə müəyyənləşdirən analiz dəsti hazırlayıblar
10.03.2020 09:54
  • A-
  • A
  • A+

Çinli mütəxəssislər koronavirusun olub-olmadığını 29 dəqiqəyə müəyyənləşdirən analiz dəsti hazırlayıblar

Çin Dövlət Tibbi Məhsullar Administrasiyası yeni tip koronavirusu (COVID-19) 29 dəqiqəyə müəyyən edən analiz dəstini təsdiqləyib.

www.chinadaily.com saytı xəbər verir ki, Siamen Universitetinin tədqiqat qrupunun hazırladığı analiz dəsti xəstəxanalarda koronavirusa yoluxma şübhəsi olan şəxslərin kliniki müayinəsi zamanı istifadə olunacaq. Koronavirusun episentri olan Uxan şəhərindəki xəstəxanalarda analiz dəstlərinin kliniki sınaqları aparılıb.

Qeyd edək ki, Çində yeni tip koronavirusa (COVID-2019) yoluxanların sayı 80 min 814, bu virus səbəbindən ölənlərin sayı isə 3 min 73 nəfərə çatıb. 

Çindən başqa, 90-dan çox ölkədə 20 minə yaxın yoluxma, 360-dan yuxarı ölüm faktı qeydə alınıb.

  • Paylaş: