www.science.az
10.03.2020 10:50

Üzeyir Hacıbəylinin və Əbdürrəhim bəy Haqverdiyevin yubileyləri UNESCO-da qeyd olunacaq

Dahi bəstəkar Üzeyir Hacıbəylinin 135 və görkəmli yazıçı Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyləri Beynəlxalq Türk Akademiyasının yubiley proqramları siyahısına salınıb.

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali bildirib ki, hər iki ədibin yubileyi həm Parisdə UNESCO-nun baş qərargahında, həm də türkdilli dövlətlərdə beynəlxalq səviyyədə qeyd olunacaq. O, türk dünyasının böyük şəxsiyyətlərinin yubiley mərasimlərinin beynəlxalq səviyyədə qeyd olunması barədə qərarın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitlərində üzv ölkələrin dövlət başçıları tərəfindən verildiyini söyləyib.

D.Kıdırali, həmçinin Ü.Hacıbəyli və Ə.Haqverdiyevin əsərlərinin digər türk dillərinə tərcümə ediləcəyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.