Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

"Hürufilik və onun Azərbaycandakı nümayəndələri" kitabı rus dilində çapdan çıxıb
11.03.2020 12:32
  • A-
  • A
  • A+

"Hürufilik və onun Azərbaycandakı nümayəndələri" kitabı rus dilində çapdan çıxıb

AMEA-nın Fəlsəfə İnstitutunun Fəlsəfə tarixi şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru Zümrüd Quluzadənin "Hürufilik və onun Azərbaycandakı nümayəndələri" kitabı rus dilində çapdan çıxıb.

“Elm” nəşriyyatında işıq üzü görən kitab əsas və nisbətən az tədqiq olunan fəlsəfi və dini cərəyanlardan birinin – hürufizmin öyrənilməsinə həsr edilib.

Monoqrafiya mütəxəssislərlə yanaşı, Şərqin orta əsrlər mənəvi mədəniyyətinə maraq göstərən geniş oxucu auditoriyası üçün də nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: