Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Qılıncoğlu” kitabı çapdan çıxıb
12.03.2020 14:17
  • A-
  • A
  • A+

“Qılıncoğlu” kitabı çapdan çıxıb

AMEA-nın Folklor İnstitutunun Təhsil şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Nizami Muradoğlunun “Qılıncoğlu” mənzum dramı çapdan çıxıb.

İki hissədən ibarət əsər qüdrətli Azərbaycan hökmdarı, əzəmətli türk Əfşar imperiyasının qurucusu Nadir şahın anadan olmasının 330 illiyinə həsr edilib.

“Elm və təhsil” nəşriyyatında çapdan çıxan kitab Nadir şah Əfşarın həyatından bəhs edir. Burada Azərbaycanın və Yaxın Şərqin qüdrətli hökmdarının həyatının ibrətamiz məqamları tarixi faktlarla əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: