Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Nizamişünaslıq elminə yeni töhfə
12.03.2020 15:22
  • A-
  • A
  • A+

Nizamişünaslıq elminə yeni töhfə

Bu günlərdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Xuraman Hümmətovanın “Nizami Gəncəvi və ezoterizm” kitabı işıq üzü görüb.

Monoqrafiyanın elmi redaktoru, filologiya üzrə fəlsəfə doktoru Siracəddin Hacı, rəyçiləri filologiya üzrə fəlsəfə doktorları Zəhra Allahverdiyeva və Lalə Əlizadədir.

Kitabda XII əsr Azərbaycanın mütəfəkkir şairi Nizami Gəncəvinin məsnəvilərindəki təsəvvüflə bağlı fikirləri, beyt və misralarında olan ezoterik bilgiləri təhlil olunub. Monoqrafiyada İslam dini və onun müqəddəs kitabı “Qurani-Kərim”in ideyaları Nizami yaradıcılığını təmin edən ən başlıca faktor kimi araşdırılıb. 

Nəşrdə sənətkarın dövrünün fəlsəfi-ideoloji görüşləri, təsəvvüf elminə dərindən bələd olması və məsnəvilərində yetərincə bu elmdən istifadəsi faktik materiallarla isbat olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: