Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Günəş sistemində yüzdən çox yeni planet tapılıb
13.03.2020 18:23
  • A-
  • A
  • A+

Günəş sistemində yüzdən çox yeni planet tapılıb

Pensilvaniya Universitetinin astronomları elmi təşkilatlardan olan alimlərlə əməkdaşlıq çərçivəsində 100-dən çox yeni cırtdan planet aşkar ediblər. Onların orbitləri Yer kürəsindən Günəşə qədər olan məsafədən 30 dəfə uzaqda yerləşir.

poisknews.ru saytının məlumatına görə, 5 il ərzində aparılan genişmiqyaslı tədqiqatlar nəticəsində mütəxəssislər ən yeni və qalaktik toplanmaları araşdırıb, həmçinin Yer kürəsinin cənub yarımkürəsinin səmasında yaranan infraqırmızı şüalanmanın mənbələri haqqında məlumatlar toplayıblar. 139 yeni planet kiçikölçülü olduğuna görə onları aşkar etmək asan olmayıb.

Tədqiqatçılar ümid edirlər ki, yeni kəşf olunmuş “cırtdanların” orbitlərinin tədqiqi “doqquzuncu planetin” axtarışlarında kömək edəcək. Onun mümkün mövcudluğu haqqında astrofiziklər təxminən beş il əvvəl məlumat veriblər.

Alimlərin fərziyyələrinə görə, Günəşdən 41 milyard kilometr məsafədə hipotetik obyekt yerləşib. O, təxminən 15 min il ərzində ulduzun ətrafında tam dövr edir. Tədqiqatın nəticələri “Astrophysical Journal Supplement Series” nəşrində dərc olunub.

  • Paylaş: