Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

30 il ərzində Antarktida və Qrenlandiyada buzların əriməsi 6 dəfə sürətlənib
16.03.2020 09:05
  • A-
  • A
  • A+

30 il ərzində Antarktida və Qrenlandiyada buzların əriməsi 6 dəfə sürətlənib

Beynəlxalq iqlimşünaslar qrupu son 30 il ərzində Antarktida və Qrenlandiyada buzların əriməsinin 6 dəfə sürətləndiyini aşkar ediblər. Bu nəticələri mütəxəssislər 1990-cı illərin əvvəllərindən Antarktida və Qrenlandiyanın monitorinqi ilə məşğul olan 11 peyk üzrə məlumatların analizi vasitəsilə əldə ediblər.

popmech.ru saytı xəbər verir ki, 1992-2017-ci illər ərzində Qrenlandiya və Antarktidada ümumilikdə 6,4 trilyon ton buz əriyib. Buzun azalmasının əsas səbəbi buz örtüklərini dənizə doğru daha sürətli yer dəyişdirməyə məcbur edən qızmış sulara görə buzlaqların kənarlarının əriməsidir.

Tədqiqatçıların sözlərinə görə, son üç onillik ərzində buzun əriməsinin sürəti qlobal dəniz səviyyəsinin 0,7 düym (1,78 santimetr) artımına gətirib çıxarıb. Alimlərin ehtimallarına əsasən, cari yüzilliyin sonuna Antarktika və Qrenlandiyada buzunun əriməsi dəniz səviyyəsini 17 santimetr qaldıracaq.

  • Paylaş: