www.science.az
16.03.2020 17:07

Polimer Materialları İnstitutunun alimlərinin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub

Polimer Materialları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədovun həmmüəllifi olduğu “Naftolların oliqomerləri və onların elektrikkeçirici kompozisiyaları” (Naphtol Oligomers and their Electroconductive Compositions) adlı məqalə impakt faktoru 5.973-ə bərabər olan “İnternational Journal of Engineering Research and Science” jurnalında dərc olunub.

Məqalədə müəlliflər tərəfindən 1- və 2- naftolların oksidləşmə polikondensləşmə reaksiyaları ilə alınmış, həllolan və əriyə bilən polikonyuqə olunmuş polifunksional oliqomerlərdən, həmçinin onların termiki davamlı, yarımkeçirici və paramaqnit xassələrinə, aromatik hidroksil qrupları üçün xarakterik olan yüksək reaksiya qabiliyyətinə malik olmalarından bəhs olunur.

Termoplast və kauçuklar əsasında yaradılmış elektrikkeçirici kompozisiyaların alınmasında oliqonaftollardan aktiv doldurucular kimi istifadə olunaraq, ASPE, PP və PS əsasında antistatik polimer-oliqomer kompozisiyalar alınıb. Göstərilib ki, vulkanlaşdırılmış BK-nın tərkibində qurumun qismən oliqonaftollarla əvəz edilməsindən alınan kauçuk yüksək istilik-fiziki, fiziki-mexaniki və elektrikkeçirici xassələr göstərir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.