Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Yeni dünya nizamı və onun mahiyyəti” kitabı çap olunub
17.03.2020 12:38
  • A-
  • A
  • A+

“Yeni dünya nizamı və onun mahiyyəti” kitabı çap olunub

AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin “Yeni dünya nizamı və onun mahiyyəti” kitabı işıq üzü görüb.

Naxçıvan Dövlət Universitetinin Elmi şurasının 30 yanvar 2020-ci il tarixli qərarı ilə dərs vəsaiti kimi təsdiq edilən nəşrdə “Yeni dünya nizamı”, onun mahiyyəti, pərdə arxası məqamları, böyük güclərin qlobal hegemoniya uğrunda apardıqları siyasətin məqsədi və bəşəriyyətə etdiyi vədlərlə bağlı məsələlər təhlil edilib.

Tədqiqat predmeti kimi seçilmiş mövzunun araşdırılması müasir dünyamızda baş verən hadisələrin, problemlərin və geosiyasi oyunların anatomiyasını dərk etməyə imkan verir. Mövzu ilə bağlı aparılan araşdırma zamanı çox sayda yerli və xarici müəlliflərin əsərlərindən, eyni zamanda internet resurslarından əsas material kimi istifadə olunub. Faktiki materiallar əsasında problemin bəzi qaranlıq tərəfləri daha dərindən işıqlandırılıb.

Kitab müvafiq profil üzrə mütəxəssislər, beynəlxalq siyasətlə maraqlanan oxucular, ali məktəblərin “beynəlxalq münasibətlər” və digər uyğun ixtisasları üzrə təhsil alan tələblər üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: