Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Botanika İnstitutunun əməkdaşı Qlobal Bitki Təşəbbüsünün(GPI) toplantısında iştirak edib
15.10.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Botanika İnstitutunun əməkdaşı Qlobal Bitki Təşəbbüsünün(GPI) toplantısında iştirak edib

AMEA Botanika İnstitutu Qlobal Bitki Təşəbbüsünün(GPI) növbəti toplantısında ilk dəfə olaraq üzv kimi iştirak edib. Panama Respublikasında keçirilən GPİ-ın VII ümumi yığıncağında iştirak üçün AMEA Botanika İnstitutunun doktorantı, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aida Dadaşova Andrew W.Mellon Fondunun (ABŞ) dəstəyinə layiq görülüb və tədbirdə “AMEA Botanika İnstitutunun Herbari Fondu” mövzusunda məruzə təqdim edib.

40 ölkədən 150-dən çox nümayəndənin iştirak etdiyi tədbirdə tip herbari nüsxələrinin toplandığı beynəlxalq JSTOR məlumat bazasına və əməkdaşlığa üzv olan herbari fondlarının müasir vəziyyətinə dair məruzələr dinlənilib. Dünya herbari fondlarında mövcud və gələcəkdə yarana biləcək problemlər, JSTOR-un üstünlükləri, çatışmazlıqlar və s. kimi əsaslı problemlər müzakirə edilib. Tədbirdə, həmçinin, AMEA Botanika İnstitutunun Herbari Fondunda saxlanılan tip nümunələrinin bu məlumat bazasına yerləşdirilməsi istiqamətində aparılan işlər müzakirə olunub.

Qeyd edək ki, Qlobal Bitki Təşəbbüsü 75 ölkədən 330 herbari fondunu əhatə edən beynəlxalq əməkdaşlıq kimi ali və ibtidai bitki, həmçinin, göbələk herbari tip nüsxələrinin rəqəmsallaşdırılması, mərkəzləşdirilməsi və əlverişli istifadəsinə imkan yaradır. AMEA Botanika İnstitutunun Herbari Fondunun GPI-ya qoşulması üçün2014-cü ildə İnstitut və Andrew W. Mellon Fondu (ABŞ) arasında Əməkdaşlıq haqqında Razılaşma Memorandumu imzalanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: