Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanlı alimlərin məqaləsi nüfuzlu impakt faktorlu jurnalda dərc olunub
18.03.2020 09:02
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlərin məqaləsi nüfuzlu impakt faktorlu jurnalda dərc olunub

Akademik Vaqif Fərzəliyev, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov, kimya üzrə elmlər doktorları Əfsun Sucayev, Əlverdi Kərimov və Arzu Orucovanın beynəlxalq müştərək tədqiqat çərçivəsində türk həmkarları - professor İlhami Gülçin, dosent Parham Taslimi ilə birlikdə növbəti məqaləsi “Bio-organic chemistry” adlı impakt faktorlu jurnalda dərc edilib.

Məqalə ilk dəfə natrium dietilditiokarbamat törəmələri əsasında sintez olunan funksional əvəzli fizioloji fəal maddələrin bioloji aktivliyinə, eyni zamanda “molekulyar dokinq” tədqiqatlarına həsr olunub.

Qeyd edək ki, dünyaca məşhur “Elsevier” nəşriyyatına daxil olan və “Web of Science”, “Scopus” kimi bazalarda indeksləşən bu jurnal kimya, biologiya və tibb sahəsinə aid ən son elmi yeniliklərlə bağlı məqalələri yayımlayır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: