Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Almanlar COVID-19-a qarşı vaksinin hazırlanması üzərində işləyirlər
27.03.2020 09:21
  • A-
  • A
  • A+

Almanlar COVID-19-a qarşı vaksinin hazırlanması üzərində işləyirlər

Almaniyanın “Curevac” biotexnologiya şirkəti “21-ci əsrin taunu” hesab olunan COVID-19 virusuna qarşı vaksinin hazırlanması üzərində işləyir.

dw.com saytı xəbər verir ki, bu ilin yayında kliniki sınaqlara başlanılacaq. Sınaqlara öz razılıqları ilə könüllülər cəlb ediləcək.

Şirkətin nümayəndələrinin sözlərinə görə, “Curevac” bu araşdırmanın müvəffəqiyyətlə başa çatacağına şübhə etmir.

Qeyd edək ki, şirkətin bu tədqiqatına Avropa Komissiyası dəstək verir.

  • Paylaş: