Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Fəlsəfə İnstitutu onlayn müşavirə keçirib
09.04.2020 12:23
  • A-
  • A
  • A+

Fəlsəfə İnstitutu onlayn müşavirə keçirib

AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə onlayn müşavirə keçirib. 

Müşavirədə görkəmli alim-filosof, AMEA-nın müxbir üzvü Ziyəddin Göyüşovun 100 illik yubileyinə həsr olunan konfransın keçirilməsi, “Fəlsəfə pandemiya dövründə” mövzusunda elmi seminara hazırlıq işləri müzakirə olunub.

Bundan başqa, onlayn müşavirədə Fəlsəfə İnstitutunda 2020-ci ilin I yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyətin yekunlarına dair fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: