Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Heyvanlar haqqında nağıllar və təmsillər” kitabı çapdan çıxıb
09.04.2020 12:50
  • A-
  • A
  • A+

“Heyvanlar haqqında nağıllar və təmsillər” kitabı çapdan çıxıb

AMEA-nın Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyevanın “Heyvanlar haqqında nağıllar və təmsillər” monoqrafiyası çapdan çıxıb.

Kitabda Azərbaycan ədəbiyyatında heyvanlar haqqında nağıllar və təmsillər müqayisəli tədqiq edilib, hər janrın özünəməxsus tərəfləri aşkarlanaraq, şifahi söz sənəti ilə yazılı ədəbiyyatın, nağıl və təmsillərin semantikası öyrənilib.

Monoqrafiyada Azərbaycan ədəbiyyatında xronoloji baxımdan XII əsrdən başlayaraq müasir dövrə qədər uzun bir zaman içində yaranan təmsillərin əsas mövzusunun, motivlərinin, obrazlar sisteminin heyvanlar haqqında nağıllardan qaynaqlandığı elmi arqumentlər və faktiki materiallarla sübut olunur. Bu mövzu ilə bağlı dünya ədəbiyyatına da müraciət edilib.

Ümumilikdə Azərbaycan şifahi və yazılı ədəbiyyat nümunələri əsasında təmsillərlə nağılların oxşar və fərqli xüsusiyyətlərinin tədqiq olunduğu bu monoqrafiya folklorumuzun yazılı ədəbiyyatla qarşılıqlı əlaqəsinin yeni rakursda işıqlandırılmasına xidmət edir.

Nəşrin elmi redaktoru AMEA-nın müxbir üzvü Kamran Əliyev, rəyçiləri isə professorlar Məhərrəm Qasımlı və Ramazan Qafarlıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: