Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Fizika İnstitutunun kollektivi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
09.04.2020 13:25
  • A-
  • A
  • A+

Fizika İnstitutunun kollektivi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ölkəmizdə fəaliyyət göstərən müxtəlif şirkətlər, qurumlar, fizika və hüquqi şəxslər könüllü köçürmələr edirlər. Bu təşəbbüsə AMEA-nın Fizika İnstitutu da qoşulub.

Belə ki, koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək üçün institutun direktoru, akademik Nazim Məmmədov qurumun laboratoriya rəhbərləri, şöbə müdirləri, baş elmi işçiləri və aparıcı elmi işçilərinin könüllü müraciətlərini nəzərə alaraq bir aylıq əməkhaqqılarının 15 faizinin Fonda köçürülməsi haqqında əmr imzalayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: