Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Aşqarlar Kimyası və İrkutsk Kimya institutları arasında elmi əməkdaşlıq genişləndirilib
10.04.2020 12:43
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası və İrkutsk Kimya institutları arasında elmi əməkdaşlıq genişləndirilib

AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu (AKİ) və Rusiya Elmlər Akademiyası A.Favorski adına Sibir Bölməsinin İrkutsk Kimya İnstitutu arasında elmi əməkdaşlıq davam etdirilir.

Əməkdaşlıq müqaviləsi çərçivəsində aparılan beynəlxalq müştərək tədqiqatların miqyası genişləndirilib. Razılaşmaya görə, İrkutsk Kimya İnstitutunun Heterotsiklik birləşmələr laboratoriyasında sintez olunmuş 8 maddənin AKİ-nin Aşqarların sintezi və təsir mexaniziminin nəzəri əsasları laboratoriyasında həm sürtkü materiallarının oksidləşməsinə qarşı antioksidant xassələri, həm də fizioloji fəal maddə kimi enzim-izoenzim inhibitorları xassələri ətraflı tədqiq edilib və əldə olunan mühüm elmi nəticələr 2 məqalə şəklində hazırlanaraq nüfuzlu xarici jurnallarda çapa göndərilib.

Qeyd edilib ki, qarşı tərəfdən artıq növbəti mərhələ üçün 14 yeni maddə göndərilib, onların müxtəlif fermentlər üzrə patoloji proseslərə qarşı antioksidant, antikanser, izoenzim inhibitor fəallığı ilə bağlı “molekulyar dokinq” tədqiqatları aparılmaqdadır.

Hazırda koronavirus pandemiyası ilə əlaqədar Rusiya və Azərbaycanda ölkə səviyyəsində karantin rejimi tətbiq olunduğu üçün laboratoriya tədqiqatları dayandırılsa da, iki institut arasında yaradılan beynəlxalq tədqiqat qrupunun üzvləri onlayn rejimdə videomüzakirələr təşkil edərək, elmi nəticələrlə bağlı məsləhətləşmələr aparırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: