Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan alimlərinin məqaləsi nüfuzlu beynəlxalq jurnalda çap olunub
14.04.2020 13:42
  • A-
  • A
  • A+

Azərbaycan alimlərinin məqaləsi nüfuzlu beynəlxalq jurnalda çap olunub

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Hüceyrənin membran sistemləri laboratoriyasının əməkdaşlarının apardıqları tədqiqatların nəticələrini əks etdirən “Qarğıdalı (Zea mays L.) xloroplastlarının mezofil və örtüktopa tilakoidlərinin biokimyəvi xüsusiyyətləri və ultraquruluşu” adlı məqalə nüfuzlu “Functional Plant Biology” jurnalında çap olunub. Bu jurnal Avstraliyanın bitki sahəsində çalışan alimlər cəmiyyətinin rəsmi jurnalıdır və 2.327 impakt faktora malikdir.

Tədqiqat işi fotosintezin C4 metabolizminə aid olan qarğıdalı bitkisinin iki müxtəlif tip hüceyələrinin fotosintetik aparatının və ultraquruluşunun müqayisəli tədqiqinə həsr olunub.

Araşdırmalar zamanı Azərbaycan Tibb Universitetinin Elmi-Tədqiqat Mərkəzində olan yüksək göstəricilərə malik JEM-1400 TEM markalı (Yaponiya istehsalı) elektron mikroskopdan da istifadə edilib.

Qeyd edək ki, bu istiqamətdə tədqiqatlar uğurla davam etdirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: