Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Zoologiya İnstitutu əməkdaşının məqaləsi xarici jurnalda dərc edilib
14.04.2020 13:45
  • A-
  • A
  • A+

Zoologiya İnstitutu əməkdaşının məqaləsi xarici jurnalda dərc edilib

AMEA-nın Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının elmi işçisi Elşad Əsgərovun həmmüəllifi olduğu məqalə Çexiyanın “Lynx” jurnalında dərc olunub.

Məqalədə Elşad Əsgərovun Bolqarıstan Milli Təbiət Tarixi Muzeyinin direktoru Nikolai Spassov və muzeyin digər əməkdaşları ilə birgə son 2 ildə Hirkan Milli Parkı ərazisində Qafqaz bəbiri (Panthera pardus saxicolor Satunin, 1914) populyasiyası üzərində apardıqları müşahidələrin nəticələrindən bəhs edilir.

“Azərbaycanın Talış dağlarında Panthera pardusun mövcudluğuna dair yeni məlumatlar” başlıqlı məqalədə Talış dağlarında kamera tələlər vasitəsilə qeydə alınan bəbir fərdləri, onların qida obyektləri və mühafizə tədbirləri qeyd olunub. Azərbaycanda 2 bölgədə - Zəngəzur və Talış dağ silsilələrində rast gəlinən bu azsaylı mikropopulyasiyaların bütün regionda bu növün bərpası üçün əhəmiyyəti vurğulanıb.

Xatırladaq ki, Qafqaz bəbiri nəsli təhlükə həddində olan növ kimi Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilib. Bu növün mühafizəsi və bərpası üçün dövlət qurumları və beynəlxalq təşkilatlar tərəfindən bir sıra tədqiqatlar və mühafizə tədbirləri həyata keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: