Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Çin koronavirusa qarşı üç vaksinin klinik sınaqlarını keçirir
15.04.2020 12:35
  • A-
  • A
  • A+

Çin koronavirusa qarşı üç vaksinin klinik sınaqlarını keçirir

Çin hakimiyyəti yeni koronavirusa qarşı daha bir vaksinin klinik sınaqlarına sanksiya verib.

tass.ru saytı xəbər verir ki, Çinin Elm və Texnika Nazirliyinin məlumatına əsasən, hazırda ölkədə koronavirus əleyhinə ümumilikdə üç vaksinin klinik sınaqlarını keçirir.

“Onların arasında ən birincisi - adenovirus vektoru əsasında Çen Veyin rəhbərlik etdiyi tədqiqatçılar qrupu tərəfindən hazırlanan vaksinin martın sonlarında ilkin klinik sınaqları başa çatdırılıb. Aprelin 9-da tədqiqatçılar klinik sınaqların ikinci fazası üçün könüllülərin qeydiyyatına başlayıb”, - deyə nazirliyin nümayəndəsi bildirib.

Qeyd edək ki, 2019-cu ilin sonlarında Çinin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində yeni koronavirusun səbəb olduğu xəstəlik sürətlə yayılmağa başlayıb və qısa bir zamanda demək olar ki, bütün dünyanı bürüyüb. Mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib.

  • Paylaş: