www.science.az
15.04.2020 13:47

Antarktidada sıx meşə tapılıb

Antarktidada qədim zamanlarda mövcud olan sıx meşə tapılıb. Bu barədə “Nature” jurnalında dərc olunmuş məqalədə məlumat verilir. Məqalənin müəllifləri bildiriblər ki, Antarktika sahillərinin yaxınlığında dənizin dərinliklərində yaşı 90 milyon il olan daşlaşmış qatda Təbaşir dövrünə aid bir-birinə sıx dolaşmış ağac köklərinin izləri, gül bitkilərinin tozcuq və qalıqları aşkarlanıb.

nkj.ru saytının məlumatına görə, tapıntılara əsaslanaraq alimlər bu qənaətə gəliblər ki, Antarktidanın qərbində yerləşən bataqlıqda Yeni Zellandiyanın meşələrinə oxşar sıx meşə mövcud olub. Yay fəslində havanın orta temperaturu təxminən 19 dərəcə С-yə (il boyu orta temperatur təxminən 12 dərəcə С) bərabər olub, çay və bataqlıqlarda suyun hərarəti 20 dərəcə С-dək yüksəlib, çox vaxt leysan xarakterli yağışlar yağıb.

Lakin həmin dövrün tropikləri ilə müqayisədə, Antarktidada hava soyuq olub. Hesab edilir ki, Təbaşir dövründə tropik en dairələrində yerləşən dənizlərin suyu 35 dərəcə С-dək yüksəlib.