Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Muzey əməkdaşı “Be Museumer” layihəsi çərçivəsində onlayn treninqdə iştirak edir
16.04.2020 12:49
  • A-
  • A
  • A+

Muzey əməkdaşı “Be Museumer” layihəsi çərçivəsində onlayn treninqdə iştirak edir

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları pandemiya dövründə də beynəlxalq tədbirlərdə iştirak edirlər.

Muzeyin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov aprelin 15-18 tarixlərində “Be Museumer” layihəsi çərçivəsində “Muzey marketinqi və tədbirlərin təşkili” mövzusunda onlayn treninqdə iştirak edir.

Treninq zamanı Avropa və bəzi Asiya ölkələrində muzey marketinqi və liderlik sahəsində ekspert və Hollandiyanın Mədəniyyət Menecmenti Akademiyasının müəllimi Björn Stenvers 20 nəfər iştirakçı ilə marketinqin müasir problemləri, yeni auditoriyanın cəlbi və böhran vəziyyətində idarəetmə haqqında biliklərini paylaşıb.

Qeyd edək ki, “Be Museumer” layihəsi Cənubi Qafqaz regionunda muzey sahəsində inkişafın təşviq edilməsini və muzey işçiləri üçün nəzərdə tutulmuş beynəlxalq təlim proqramının yaradılmasını hədəfləyir. “Creative Europe” tərəfindən maliyyələşdirilən layihənin məqsədi XXI əsrdə muzeylərin qarşısında duran məsələləri həll etmək üçün iştirakçıların liderlik və idarəetmə bacarıqlarını gücləndirməkdir. “Be Museumer” Gürcüstan Muzey Assosiasiyası tərəfindən “Network of European Museum Organisations” – Avropa Muzey Təşkilatları şəbəkəsi (Almaniya) və Mədəniyyət İdarəetmə Akademiyası (Hollandiya) ilə birgə reallaşdırılan layihədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: