Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

AMEA-nın Qadınlar Şurasının sədri dövlət başçısına məktub ünvanlayıb
24.04.2020 12:18
  • A-
  • A
  • A+

AMEA-nın Qadınlar Şurasının sədri dövlət başçısına məktub ünvanlayıb

AMEA-nın Qadınlar Şurasının sədri, Fəlsəfə İnstitutunun şöbə müdiri, professor Rəna Mirzəzadə Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir:

"Möhtərəm və əziz Prezidentimiz, cənab Ali Baş Komandan İlham Əliyev.

Sizin dahiyanə “Mən hər bir azərbaycanlının Prezidentiyəm” kəlamınız 17 il ərzində sürətlə inkişaf edən və yeniləşən Azərbaycanın bütün istiqamətlər üzrə modernləşməsində real fəaliyyətinizlə öz təsdiqini tapmışdır. COVİD – 19 pandemiyası ərəfəsində bir daha bütün Azərbaycan vətəndaşlarına açıq-aydın bəlli oldu ki, Siz nəinki “hər bir azərbaycanlının Prezidenti”, həmçinin hər bir Azərbaycan Respublikası ailəsinin doğması, istəklisi, əzizi, dayağı, dəstəyi, güvənc yeri, istinadgahısınız. Bu Sizin böyük strateq, ulu öndər Heydər Əliyev məktəbindən öyrəndiyiniz səriştəli siyasətçilik, lider keyfiyyətiniz, diplomatik biliyiniz, vətənsevərliyiniz, milliliyiniz və görkəmli həkim Akademik Zərifə xanımdan əxz etdiyiniz humanizm, səmimiyyət kimi dəyərli mənəviyyat və mədəniyyət amalınızdır. Sizin və ölkəmizin Birinci vitse-prezidenti, sevimlimiz xanım Mehriban Əliyevanın xalqa ünvanlanan, hər bir kəsi riqqətə gətirən səmimi, doğma və qayğıkeş müraciətləriniz həqiqətən “Bizim birlikdə güclü olmağımız” amalının ən yüksək zirvəsi oldu. Var olasınız. Var olasınız ki, Azərbaycanımızı daha yüksəklərə ucaldasınız. Var olasınız ki, Ali Baş Komandan kimi Sizin rəhbərliyinizlə Qarabağımızda bayrağımızı dalğalandıraq. Dünyamıza, ölkəmizə, Sizə və doğmalarınıza sağlıq və bir daha sağlıq diləyirik".

  • Paylaş: