Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın müxbir üzvü Muxtar İmanov qızıl medala layiq görülüb
21.10.2014 00:00
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Muxtar İmanov qızıl medala layiq görülüb

AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov “Avropa Nəşr Mətbu Evi” tərəfindən “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif olunub.

Mükafat alimə milli-mənəvi dəyərlərimizin qorunmasında, istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə, epos, nəsr sahəsində uğurlu tədqiqatlarına, çoxsaylı elmi-publisistik kitablarına görə verilib.

M.İmanov gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında və Azərbaycanın ayrı-ayrı regionları üzrə folklor antologiyalarının hazırlanmasında da səmərəli xidmətlər göstərib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: