Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“AMEA-nın xəbərləri. İqtisadiyyat seriyası” jurnalının yeni nömrəsi çapdan çıxıb
27.04.2020 14:10
  • A-
  • A
  • A+

“AMEA-nın xəbərləri. İqtisadiyyat seriyası” jurnalının yeni nömrəsi çapdan çıxıb

İqtisadiyyat İnstitutunun “AMEA-nın xəbərləri. İqtisadiyyat seriyası” jurnalının 2020-ci il üçün birinci nömrəsi çapdan çıxıb.

Jurnalda 17-si Azərbaycan, 1-i rus dilində olmaqla 18 elmi məqalə dərc olunub. 

Məqalələr makroiqtisadi tarazlıq modellərinin müqayisəli təhlili, məşğulluq, İKT sektorunun müasir vəziyyəti, onun post koronavirus pandemiyasi dövrü üçün perspektiv inkişaf istiqamətləri, innovasiya sahibkarlığı, struktur islahatları, vergi inzibatçılığının təkmilləşdirilməsi, peşə təhsili və təliminin məşğulluğa təsirinin qiymətləndirilməsi və s. kimi bir sıra aktual məsələləri əhatə edir.

Xatırladaq ki, AMEA Rəyasət Heyətinin qərarı ilə 1966-cı ildən nəşr olunan jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin” siyahısına daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: