www.science.az
28.04.2020 12:29

Radiasiya Problemləri İnstitutunun apardıqları çoxsaylı təcrübələrin nəticələri beynəlxalq jurnallarda dərc olunub

AMEA-nın Radiasiya Problemləri İnstitutunun əməkdaşları koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunmuş karantin rejimi dövründə sosial izolyasiya şəraitində fəaliyyət göstərirlər.

İnstitutun Radiokimya laboratoriyasının alimləri 2019-cu ildə və cari ilin əvvəlində apardıqları çoxsaylı təcrübələrin nəticələri əsasında ümumiləşdirdikləri, elmi hesablamalarda əsaslandırdıqları təqdimatları onlayn rejimdə keçirilmiş beynəlxalq elmi konfranslarda təqdim ediblər.

Bununla yanaşı, Rusiya Federasiyasının Dubna şəhərinə ezam edilmiş müəssisənin 2 gənc alim elmi fəaliyyətlərini məsafədən davam etdirirlər. Həmçinin institut alimlərinin cari ilin 4 ayı ərzində müxtəlif ölkələrin dövri elmi nəşrlərində ümumilikdə 11 elmi əsəri dərc olunub.

Radiokimya laboratoriyasının rəhbəri, kimya elmləri doktoru Xaqani Məmmədovun apardığı elmi tədqiqatların nəticələrinə dair 5 elmi əsəri dərc olunub. O, yaxın günlərdə ABŞ-da onlayn rejimdə keçiriləcək “Onlayn Neft mühəndisliyi yığıncağı” adlı beynəlxalq elmi konfransa məruzəçi qismində dəvət olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.