Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Beynəlxalq konfransda azərbaycanlı alimin məruzəsi dinlənilib
28.04.2020 12:45
  • A-
  • A
  • A+

Beynəlxalq konfransda azərbaycanlı alimin məruzəsi dinlənilib

AMEA-nın Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri, professor Ramazan Qafarlı ABŞ-ın (Manhetten, Nyu-York) onlayn şəkildə keçirilən Fənlərarası Araşdırma və Təcrübə Sahəsində Təkamül Trendlərinin 2-ci beynəlxalq konfransında iştirak edib.

Beş ölkədən 22 nümayəndənin iştirak etdiyi bölmədə alim “Dünya eposları arasında “Dədə Qorqud”un yeri və mövqeyi” mövzusunda məruzə ilə çıxış edib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Həmçinin R.Qafarlının “Kitabi-Dədə Qorqud”un - türk dünyasının ən möhtəşəm ədəbi abidəsinin struktur-semantik özəllikləri” mövzusunda 40 dəqiqəlik məruzəsi Türkiyənin İKSAD şirkətinə məxsus özəl televiziya kanalı vasitəsilə may ayının əvvəllərində yayımlanacaq proqrama daxil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: