www.science.az
28.04.2020 13:16

Rusiyada yeni antiseptik vasitə hazırlanıb

Rusiya Elmlər Akademiyasının (REA) Kimyəvi Fizika Problemləri İnstitutunun əməkdaşları poliomielit, sadə herpes, İİV, hepatit və quş qripi viruslarına qarşı yeni antiseptik olan “izo-oktenidin” hazırlayıblar. Bu haqda Rusiyanın Təhsil və Elm Nazirliyi məlumat verib.

poisknews.ru saytı xəbər verir ki, hazırlanmış analoq mukoza xəstəliklərinin müalicəsi üçün dünya standartlarına cavab verən yeni yüksək effektivliyə malik antibakterial yerli preparatların yaradılması üçün əsas ola bilər. Bundan başqa, “izo-oktenidin” tibbi, məktəb və məktəbəqədər müəssisələrin personalının əllərinin sürətli dezinfeksiya edilməsi, eləcə də tibbi alətlərin və avadanlığın dezinfeksiyası üçün sərbəst dezinfeksiya maddəsi şəklində tətbiq olunmaq üçün böyük potensiala malikdir.