Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Tarix İnstitutunun alimləri onlayn konfranslarda iştirak edirlər
29.04.2020 12:10
  • A-
  • A
  • A+

Tarix İnstitutunun alimləri onlayn konfranslarda iştirak edirlər

AMEA-nın Tarix İnstitutunun alimləri onlayn konfrans və seminarlarda iştirak edirlər.

İnstitutun şöbə müdiri, t.e.d. İradə Bağırova “Bilik və ideoloji cəbhələr. İkinci Dünya müharibəsindən sonra Avropa və Qara dəniz regionu” mövzusunda beynəlxalq onlayn konfransda iştirak edib. O, Bolqarıstanın Neofit Rilski adına Cənub-Qərb Universitetinin təşkilatçılığı ilə keçirilən konfransda “Azərbaycanda elm zamanın yol ayrıcında (1989-1991)” mövzusunda məruzə ilə çıxış edib.

Onlayn konfranslarda Tarix İnstitutunun alimləri, tarix üzrə fəlsəfə doktorları Nigar Maksvellİlqar Niftəliyev və Nərgiz Axundova da iştirak ediblər.

Bundan başqa, Quba Soyqırımı Memorial Kompleksinin direktoru Rəxşəndə Bayramovanın moderatorluğu və Tarix İnstitutunun elmi dəstəyi ilə onlayn seminarlar keçirilib. Bu seminarlar “1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımları” və “Azərbaycanda multikultural dəyərlər” mövzularına həsr olunub. Seminarlarda elmi müəssisənin alimləri - tarix elmləri doktoru Vaqif Abışov, tarix üzrə fəlsəfə doktorları Natiq Məmmədzadəİradə Əliyeva və Nərminə Əmirbəyova məruzələrlə çıxış ediblər.

Həmçinin Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun layihə rəhbəri olduğu “Ermənilərin Azərbaycan xalqına qarşı deportasiya, etnik təmizləmə və soyqırımı cinayətlərinin tarixi coğrafiyası (1801-1994-cü illər)” kitabı üzərində iş gedir. Nəşrin müəllifləri Y.Mahmudov və tarix üzrə fəlsəfə doktoru Sahibə Budaqovadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: