Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Poeziyanın folklorla qarşılıqlı əlaqəsi tədqiq edilir
29.04.2020 15:14
  • A-
  • A
  • A+

Poeziyanın folklorla qarşılıqlı əlaqəsi tədqiq edilir

AMEA-nın Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin növbəti onlayn rejimdə keçirilən yaradıcılıq tədbiri poeziyanın folklorla qarşılıqlı əlaqələrinə həsr edilib.

Tədbiri giriş sözü ilə açan şöbə müdiri, AMEA-nın müxbir üzvü Kamran Əliyev bildirib ki, folklor nümunələri hər zaman zəngin mənəvi sərvət kimi qorunub, onun tükənməz imkanları, yaradıcılıq sirləri, eyni zamanda, təsir dairəsi həmişə maraq doğurub. Onun sözlərinə görə, poeziyanın folklorla qarşılıqlı əlaqəsi isə şeir sənətinin bədiilik imkanlarını daha da artırıb, yeni poetik nümunələrinin yaranmasına təkan verib.

Sonra tədbirə dəvət olunmuş istedadlı şairə Nuranə Nur yeni qələmə aldığı şeirlərini səsləndirib, poeziyada folklor qatının formalaşmasını təhtəlşüur hadisəsi kimi dəyərləndirib.

Müzakirələr digər şairlərdən səsləndirilən nümunələrin təhlili ilə davam etdirilib.

Şöbənin elmlər doktorluğu hazırlığı üzrə təhsil alan doktorantları Fidan Qasımova, Aynur İbrahimova, Aytac Abbasova və digər əməkdaşlar çıxış edərək folklordan və mifologiyadan gələn obrazlar, motivlər, bəzən də süjet əlamətlərinin şairlərin yaradıcılığında fikrin daha təbii təqdiminə şərait yaratdığını bildiriblər. Qeyd olunub ki, sənətkar düşüncəsi ilə xalq bədii təfəkkürünün vəhdəti milli mənəvi irsin daha da zənginləşməsinin mühüm vasitələrindən biridir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: