Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Azərbaycan şairələrinin əlyazmalarının videosərgisi hazırlanıb
30.04.2020 12:04
  • A-
  • A
  • A+

Azərbaycan şairələrinin əlyazmalarının videosərgisi hazırlanıb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları elmi fəaliyyətlərini COVID-19 pandemiyası dövründə - sosial təcrid şəraitində davam etdirir, elmi yaradıcılıqlarını genişləndirirlər.

Elmi müəssisənin Beynəlxalq əlaqələr şöbəsi institutda saxlanılan əlyazmalar əsasında videoçarx hazırlayıb.

Videosərgi Azərbaycan şairələri Ağabəyim ağa, Məhsəti Gəncəvi, Xurşidbanu Natəvan, Fatma Kəminə, Xanbikə, Mirvarid Dilbazi, Hökumə Billuri, Mədinə Gülgün, yazıçı Əzizə Cəfərzadə və onların əlyazmalarına həsr olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: