Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

“Hubble” teleskopu ATLAS kometinin parçalandığını qeydə alıb
30.04.2020 12:29
  • A-
  • A
  • A+

“Hubble” teleskopu ATLAS kometinin parçalandığını qeydə alıb

Astronomlar C/2019 Y4 (ATLAS) kometinin parçalanmasını müşahidə edirlər. Buna səbəb “Hubble” teleskopu vasitəsilə əldə olunmuş şəkillər sayəsində 20-23 aprel tarixlərində kometin quyruğunun hər biri hündürmərtəbəli bina ölçüsündə olmaqla üç hissəyə bölündüyünün müəyyən olunmasıdır.

poisknews.ru saytının məlumatına görə, bu hadisə onillikdə bir və ya iki dəfə baş verir. Kometin səmada fişəng kimi parçalanmasının səbəbini alimlər hələlik dəqiq izah edə bilməyiblər. Kometin dərinliklərində qazların buxarlanmasının baş verməsinin göy cisiminin nüvəsində materialın partlamasını təhrik etdiyi ehtimal olunur.

  • Paylaş: