Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanlı alimlərin məqaləsi impakt faktorlu jurnalda çap olunacaq
01.05.2020 10:39
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlərin məqaləsi impakt faktorlu jurnalda çap olunacaq

AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova, biologiya üzrə fəlsəfə doktorları Durna Əliyevaİsmayıl Zülfüqarov və müəssisənin elmi işçisi Lalə Aydınlının həmmüəllif olduqları məqalə yüksək impakt faktorlu “Functional Plant Biology” jurnalında çapa qəbul edilib. 

“Quraqlığa məruz qalmış buğda genotiplərində askorbat-qlütation sikl komponentlərinin fəaliyyətinin sutkalıq dəyişməsi” adlı məqalədə uzunmüddətli torpaq quraqlığına məruz qalmış bərk (Triticum durum Desf.) və yumşaq (Triticum aestivum L.) buğda genotiplərinin yarpaqlarında askorbat-qlütation tsiklinin əsas komponentləri olan askorbat turşusunun və qlütationun miqdarının, eləcə də askorbat peroksidaza və qlütation reduktaza fermentlərinin fəallığının sutka ərzində dəyişmə dinamikasının müqayisəli tədqiqinin nəticəsi əksini tapıb.

Aparılan tədqiqatlar buğda bitkisinin su qıtlığına davamlılığının aydınlaşdırılması və stresə davamlı sortların yaradılması üçün mühüm əhəmiyyət daşıyır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: