www.science.az
01.05.2020 11:55

Mars meteoritində azotun izləri tapılıb

Tədqiqat qrupu Mars meteoritində azot tərkibli orqanik material aşkar edib. Karbonatlı minerallar adətən çöküntüyə qrunt sularından qarışdığından bu kəşf Marsın 4 milyard il əvvəl həyatın yaranması üçün əlverişli olduğunu ehtimal etməyə əsas verir.

Marsın öyrənilməsində Antarktidada 1984-cü ildə tapılmış Allan Hills (ALH) 84001 meteoriti xüsusilə əhəmiyyətlidir.

popmech.ru saytının məlumatına görə, yeni tədqiqat işində alimlər qeyd olunan meteoriti tədqiq edərkən karbonatlarda azotun miqdarının öyrənilməsi üçün bundan öncə aparılan araşdırmalardan fərqli olaraq ən müasir analitik metodlardan istifadə ediblər.

Bu tapıntılar göstərir ki, Mars “Qırmızı planet” olana qədər onda orqanik azot mövcud olub. Erkən Marsın rütubətli və orqanik maddələrlə zəngin olması güman olunur.