Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Beynəlxalq impakt faktorlu jurnalda Leylatəpə arxeoloji mədəniyyətinə dair məqalə işıq üzü görüb
04.05.2020 10:41
  • A-
  • A
  • A+

Beynəlxalq impakt faktorlu jurnalda Leylatəpə arxeoloji mədəniyyətinə dair məqalə işıq üzü görüb

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, t.e.d. professor Nəcəf Müseyiblinin məqaləsi beynəlxalq impakt faktorlu “Stratum plus. Археология и культурная антропология” jurnalında çapdan çıxıb.

“Son xalkolitdə Ön Asiyadan Qafqaza miqrasiyalar (e.ə. IV minilliyin birinci yarısı)” adlı məqalədə xalkolit dövrünün son mərhələsində Şərqi Anadolu-Şimali Mesopotamiyadan Cənubi Qafqaza, xüsusilə də Azərbaycan ərazilərinə insanların axınlarından və bu proseslərin səbəblərindən bəhs edilir. Diqqətə çatdırılır ki, bu miqrasiyaların nəticəsində Cənubi Qafqazda Leylatəpə arxeoloji mədəniyyəti yaranıb. Məqalədə təkzibolunmaz arxeoloji faktlar əsasında sözügedən mədəniyyətin əhalisinin bir qisminin Şimali Qafqaza köçü nəticəsində orada elmdə “Maykop arxeoloji mədəniyyəti” adlandırılan mədəniyyətin təşəkkül tapması xüsusilə vurğulanır.

Leylatəpə mədəniyyəti abidələrinin tədqiqatları göstərir ki, bəhs olunan dövrdə Azərbaycan ərazisi Ön Asiyanın ən inkişaf etmiş sivilizasiyalarının yayıldığı areala daxil olub.

Qeyd edək ki, “Stratum plus. Археология и культурная антропология” jurnalı “Clarivate Analytics”, “Scopus” və digər elmi bazalarda indeksləşir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: