Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Neft və Qaz İnstitutunun beynəlxalq əlaqələri onlayn müzakirə olunub
04.05.2020 11:41
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunun beynəlxalq əlaqələri onlayn müzakirə olunub

AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinin təşkilatçılığı ilə “Layihələrin idarə edilməsi" mövzusunda onlayn iclas keçirilib.

İclasda Neft və Qaz İnstitutunun beynəlxalq əlaqələri də müzakirə olunub. İnstitutun elmi katibi, Yer elmləri üzrə fəlsəfə doktoru Şəlalə Hüseynova xarici elmi müəssisələrlə əməkdaşlığın vəziyyətindən danışıb. O, əldə olunan nailiyyətlərdən bəhs edib, mövcud problemlər haqqında məlumat verib. Bildirib ki, institutun yerli layihələrdə iştirakı yüksək səviyyədədir, lakin beynəlxalq layihələrin hazırlanması istiqamətində işlərin gücləndirilməsinə ehtiyac var. Bu baxımdan müvafiq qrupun yaradılması zəruridir.

Ş.Hüseynova əlavə edib ki, ölkəmizdə xüsusi karantin rejimi olmasına baxmayaraq Neft və Qaz İnstitutu beynəlxalq əməkdaşlığı onlayn rejimdə davam etdirir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: