Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Tarix Muzeyi 9 May - Qələbə Günü münasibətilə onlayn sərgi keçirir
05.05.2020 12:43
  • A-
  • A
  • A+

Tarix Muzeyi 9 May - Qələbə Günü münasibətilə onlayn sərgi keçirir

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında İkinci Dünya müharibəsində həmvətənlərimizin fəal rolunu əks etdirən bir sıra materiallar qorunub saxlanılır və təbliğ olunur.

Belə ki, muzey tərəfindən hər il 9 May – Qələbə Günü münasibətilə eksponat, foto və rəsm əsərləri, həmçinin ön və arxa cəbhədə vuruşan əsgərlərin materialları, azərbaycanlı Sovet İttifaqı Qəhrəmanlarının şəxsi əşya, sənəd və ləvazimatları, döyüş sursatları müxtəlif sərgilərdə nümayiş olunur.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən general-mayor Həzi Aslanov, general-polkovnik Tofiq Ağahüseynov, general-mayor Tərlan Əliyarbəyov və digərlərinə aid materiallar muzeyin ən qiymətli eksponatları sırasında yer alır. Bundan əlavə, muzeyin Silahlar və bayraqlar fondunda 223-cü Belqrad atıcı diviziyasının atıcı alaylarının bayraqları, eləcə də 416-cı Taqanroq atıcı diviziyasının döyüş bayrağı, həmin diviziyanın ayrı-ayrı atıcı alaylarının döyüş bayraqları qorunur. Həmçinin qurumun əməkdaşları İkinci Dünya müharibəsinin iştirakçıları haqqında müxtəlif kitablar, məqalələr yazıb, çəkilən filmlərdə iştirak ediblər.

Qeyd edək ki, bu il faşizm üzərində qələbənin 75 illiyi münasibətilə muzey tərəfindən yeni tədbirlər planı hazırlanıb və mütəmadi olaraq silsilə videoçarxlar, məruzə və məqalələr onlayn formatda 2020-ci il mayın 1-dən etibarən nümayiş olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: