AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və institutun aparıcı elmi işçisi, c.ü.f.d. Rövşən Kərimov bu il noyabrın 5-dən 10-dək Yunanıstanın Afina şəhərində keçiriləcək İqlim Dəyişmələri üzrə tematik görüşdə iştirak edəcəklər.
Məqsəd Avropa İttifaqı (EU) və Şərqi Avropa Partnyorlarının (EAP) elmi-texniki maraqlarını nəzərə alaraq iqlim dəyişmələri ilə əlaqədar tədqiqat istiqamətləri və mövzuları müəyyənləşdirməkdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.