Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Əlyazmalar İnstitutu əməkdaşlarının onlayn iclası keçirilib
06.05.2020 12:14
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutu əməkdaşlarının onlayn iclası keçirilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin distant iclası keçirilib.

İclasda şöbə əməkdaşlarının dörd ay ərzində fəaliyyəti müzakirə olunub. Şöbə müdiri, professor Kamandar Şərifov bildirib ki, bu müddət ərzində “Əsərləri”nin 5-ci cildini nəşrə təqdim edib, 6-cı cildini hazırlayır. Bundan əlavə, Əbdülqəni Nuxəvi Xalisəqarızadənin ulu nənəsi Xalisə qarının Əlyazmalar İnstitutunun Fondunda saxlanılan əlyazmaları haqqında məqalə hazırlayıb.

Professor K.Şərifov şöbədə islamşünaslıqla bağlı tədqiqatların aparıldığını da diqqətə çatdırıb.

Bildirilib ki, şöbədə Əhməd bin-Həsən Çarpərdinin “Şərh əş-Şafiyə fit-Təsrif“ əsərinin qədim nüsxələrinin tekstoloji tədqiqi sona çatdırılıb. “XVII-XIX əsrlərə aid ərəbdilli dini-fəlsəfi əlyazma mətnlərinin paleoqrafik xüsusiyyətləri və müqayisəli tədqiq” doktorluq dissertasiyasının mövzusu koordinasiya şurasının son iclasında təsdiq olunub.

Bundan başqa, şöbənin elmi işçiləri xarici ölkələrdə keçirilən onlayn konfranslarda iştirak edib və məruzələri əsasında məqalələr çap etdiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: