AMEA-nın Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin onlayn elmi-nəzəri seminarı keçirilib.
Seminarda “Uşaq folklorunun toplanması və sistemləşdirilməsi problemləri”, “Rəvayət mətnlərində möcüzəli doğuluş motivlərinin təsviri” mövzularında məruzələr dinlənilib, müzakirələr aparılıb.
Diqqətə çatdırılıb ki, mayın 7-də Türkiyənin Daxili İşlər və Mədəniyyət nazirliklərinin dəstəyi ilə İSKAD təşkilatının keçirəcəyi “Beynəlxalq elmi məruzələr söyləmə silsiləsində” adlı onlayn tədbirdə Dədə Qorqud şöbəsinin müdiri, fil.ü.f.d. Ramazan Qafarlı “Türk dastanlarının dünya mədəniyyətində rolu və yeri” mövzusunda məruzə ilə çıxış edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.