Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

NASA-nın vertolyotu Marsda istifadə olunacaq
06.05.2020 12:33
  • A-
  • A
  • A+

NASA-nın vertolyotu Marsda istifadə olunacaq

NASA Marsın tədqiqi üçün nəzərdə tutulmuş uçuş aparatını rəsmi olaraq təqdim edib.

poisknews.ru saytının məlumatına görə, “İxtiraçılıq” (Ingenuity) adlandırılan mini-vertolyot bu ilin iyulunda başlayacaq “Mars 2020” missiyasının tərkib hissəsi olacaq.

Sınaqlar təxminən 2021-ci ilin yazında keçirilməsi nəzərdə tutulan 30 günlük eksperimental pəncərədə baş tutacaq. “İxtiraçılıq” Marsda gəzən robot olan “İnadkarlıq” (Perseverance) ilə birlikdə işləyəcək. Birinci robot Marsın çətinliklə gedilə bilən sahələrini havadan tədqiq edəcək. İkincisi isə “Qırmızı planet”in səthində məlumatları toplamaq və onları Yer kürəsinə göndərmək missiyasını yerinə yetirəcək.

NASA-nın planlarına görə, Marsda missiya 17 iyul-5 avqust 2020-ci il tarixləri arasında başlayacaq.

Vertolyotun planetə 2021-ci ilin fevralında enməsi nəzərdə tutulur.

  • Paylaş: